27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis Mübarizin fotosunu sökmək istədi, dava düşdü - VİDEO

18.07.2020

Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.
 Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.

Daha sonra Ardahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat verib. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.