28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov Sergey Şoyqu ilə telefonla danışıb

18.07.2020


İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayaraq, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib.

Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.