29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-dən korona ilə bağlı ŞAD XƏBƏR

18.07.2020

Son günlərin statistikası ümidvericidir. Sağalma sayı yoluxma sayını ötüb. Bu, bizim üçün çox yaxşı bir göstəricidir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdirinin sözlərinə görə, burada aparılan testlərin sayı da önəmlidir: "Yəni, aparılan testlərdən neçə müsbət nəticə çıxması vacibdir. Son günlər test sayını da artırmışıq. Əvvəllər testlərin sayı 5-6 min idisə, hazırda 9 minə çatıb. Doqquz min test içərisindən 471 müsbət nəticə çıxması statistik olaraq yaxşı göstəricidir".

Xatırladaq ki, iyulun 17-də Azərbaycanda COVİD-19-a 471 yoluxma, 549 sağalma halı qeydə alınıb. Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.