26 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İcra başçısı orduya yazıldı - FOTO

18.07.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa Abşeron rayon ictimaiyyəti də qoşulub.

Rayonun gəncləri, Qarabağ qaziləri, idmançılar, ehtiyatda olan hərbçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsində gələrək könüllü kimi qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı İradə Gülməmmədova və onun oğlu Məhəmməd Gülməmmədov da olub.

İcra başçısı hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduğunu qeyd edib.