29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tiflisdə erməni təxribatı ilə bağlı AKSİYA

18.07.2020

Tiflisdə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak edirlər.

Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.

Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində son günlər həyata keçirdiyi hücum cəhdləri və hərbi təxribatları pislənilir. İştirakçılar Azərbaycan dövlətinə, Ordusuna və əsgərinə dəstək şüarları səsləndirirlər.