29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xahişə gələn erməni səfir qovuldu - VIDEO

18.07.2020

Bu gün səhər erməni diasporunun nümayəndələri və Ermənistanın Rusiyadakı konsulu "Fud siti” ticarət mərkəzinə gələrək azərbaycanlıların erməni ticarətçilərinə qoyduğu qadağaya etiraz etmək istəyiblər.

Sosial şəbəkələrdə erməni konsul və diaspor nümayəndələrinin görüş icazəsi almadan və akkreditasiyadan keçmədən konfrans zalına gəlmələri və ticarət mərkəzinin rəhbərləri ilə görüş tələb etmələri görüntüləri yayılıb.

"Fud siti”nin mühafizəçiləri zala daxil olaraq, ermənilərin dərhal oranı tərk etmələrini tələb ediblər və onları "yola salıblar".

Qeyd edək ki, ermənilərin iyulun 12-dən Tovuz istiqamətində təxribatından sonra azərbaycanlılar "Sofiyski baza" və "Fud siti"dən erməniləri çıxarıblar, Ermənistandan gələn kənd təsərrüfatı məhsullarını almaqdan isə imtina ediblər.

Hazırda onlarla TIR-da qalan erməni kənd təsərrüfatı məhsulunun zay olduğu bildirilir.