Daha 471 yoluxma olub, 549 sağalıb, 7 nəfər vəfat edib  
    
                          
     
                         17.07.2020
 
    
                        Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 min 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8490 nəfərdir.
Ötən müddət ərzində 610 min 523 test aparılıb. Bugünkü test sayı isə 9023-dür.