28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvanda döyüş atışlı taktiki təlimlər +VİDEO

17.07.2020

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimlər davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.

Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir. Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.

Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib. Hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.

Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib.