29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaqif Dərgahlı: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

16.07.2020

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Vaqif Dərgahlı bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar. Mərmilər yaşayış binalarına düşüb.