29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elmar Məmmədyarov: “Əşi, sən Allah bəsdir”

16.07.2020

Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

Ölkə başçısı XİN rəhbərinin son gərgin günlərdə iş başında olmamasını, son zamanlar fəaliyyətində neqativ hallara yol verməsini sərt qınayıb.

Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?

Bu suala aydınlıq gətirmək üçün Gununsesi.org nazirin özü ilə əlaqə saxlayıb. Sualı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik :

"Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.