08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Bu futbolçunun heyranıyam

19.06.2018

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu Kristiano Ronaldonun heyranı olduğunu bildirib.
"Dövran Media" xəbər verir ki, "Gənclik və Texnologiya görüşü” verlişində gənclərin suallarını cavablandıran Ərdoğan dünya çempionatı və Ronaldo haqqında fikirlərini söyləyib. O, Portuqalya və İspaniya qarşılaşmasında Ronaldonun vurduğu 3 qolun əhəmiyyətli olduğunu söyləyib:
"O matçdakı performans hər igidin işi deyil. Xarakter, inanc, həm də Fələstin məsələsində ortaya qoyduğu mövqeyi çox önəmlidir. Ona görə Ronaldonu alqışlayıram".
Ərdoğan Dünya Kuboku ilə bağlı öncədən verdiyi proqnozda yanıldığını da etiraf edib:
"Mən əvvəlcə Almaniya demişdim, amma yanıldıq. Almaniya ilk matçda məğlub oldu. Brazilyanın halı ortadadır. Meksika yaxşı başladı. Bundan sonra belə davam edərmi, bilmirəm”.