24 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis Aparatının məlumatı

15.07.2020


Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin əmlakına və inventarına ziyan vurub.

Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 AZN məbləğində maddi ziyan dəyib.

Azərbaycan Respublikası Milli Məclisi olaraq parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik.