19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

30-dək erməni saytı DAĞIDILDI

14.07.2020

Hakerlər bir sıra erməni saytlarını sındıraraq, "Azərbaycan əsgəri”, "Qarabağ Azərbaycandır və Nida işarəsi” lozunqunu yerləşdiriblər.

Report xəbər verir ki, dağıdılan veb resurslar içərisində həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları mövcuddur.

Xatırladaq ki, bu, hakerlərin gün ərzində həyata keçirdiyi ikinci uğurlu əməliyyatdır.

Buna qədər Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/ və Ermənistan hökumətinin saytı olan gov.am resursu dağıdılmışdı.

Həmin saytlarda Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi” və "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” bəyanatları, həmçinin, Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun fotoları yerləşdirilmişdi.