18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Rusiyalı politoloq: “Minsk Qrupu dərhal buraxılmalıdır”

13.07.2020

"ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”.

Bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib.

"Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə, Yerevan ənənəvi olaraq Bakını aqressiyada günahlandırır. Bakı Yerevanı ittiham edir.

Əgər əlimdə belə imkan olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb, "Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim.

Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir.

Demək, onun heç bir faydası yoxdur”, - deyə, rusiyalı politoloq qeyd edib.