29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Seyidmələk Mehdizadə təqdim edir: Həyatın mərkəzi kimdir, haradır və nədir?

13.07.2020


Bu anlayış kimsə üçün tanış, kimsə üçünsə yad anlayış ola bilər. Həyatın mərkəzi dedikdə nə nəzərdə tutulur?

Həyatının 90 faizini "ona” görə yaşayır və "onsuz” özünü təsəvvür edə bilmir. Hətta insanlardan "Mən onsuz yaşaya bilmərəm’’ tipli cümlələr eşidə bilərsiniz. İnsan həyatının mərkəzinə kimisə (özünü, ana, övlad, dost, partnyor və yaxud əhəmiyyətli şəxs) və yaxud nəyisə (sərvət, əşya) qoyarsa sanki onunla simbiotik həyat tərzi yaşamağa başlayır. Bu əksər hallarda birtərəfli proses olur və şəxs sanki mərkəzə qoyduğu varlıq sayəsində həyata tutula bilir. Bəzən insan həyatının mərkəzinə tamamilə özünü, istək və arzularını qoyur. Beləliklə, o, eqoist şəxsə çevrilir. Eqoist insan bütün hallarda ancaq öz çıxarını düşünən insandır. Kənardan bu özünü sevən insan görüntüsü yarada bilər. Əslində isə o insan özünü sevmir, sadəcə belə edərək özünü buna inandırmağa çalışır. Bu davranışların altında yatan səbəblərə həmin şəxsin uşaqlıqdan sevgiyə ac olmasını, sevgi anlayışının boş olmasını və tutunacaq yerin olmamasını misal göstərə bilərik. Hər zaman insan orta mövqeyi tutmağa çalışmalıdır. Nə tamamilə özü üçün yaşamalı, nə də başqası üçün yaşamalı deyil. Bu mövqeyi qoruduqca münasibətlərdə uğurlu alınır. Əks halda isə münasibətlərdə ayrılıqlar və mübahisələr müşahidə olunacaqdır. Təbii ki, hər ayrılıq və mübahisəyə səbəb bu deyil. Əgər bu həll olunmazsa özü ilə yanaşı bəzi psixoloji problemlərdə gətirə bilər. Unutmayın həyatınızın mərkəzinə kimi və yaxud nəyisə qoysanız, o mərkəzdən özünüzün düşmə ehtimalınız böyükdür.

Seyidmələk Mehdizadə,
psixoloq.