09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabaha 36 dərəcə İSTİ dedilər

19.06.2018

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, saba h şimal küləyi əsəcək.
Havanın temperaturu gecə  18-21° isti, gündüz  27-32° isti, Bakıda  gecə 19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.  Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda  gecə  9-13° isti, gündüz  18-23° isti təşkil edəcək.
Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.
Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək.  Dəniz suyunun temperaturu isə   22-23° isti təşkil edəcək. "DM"