20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Koronavirusla bağlı son STATİSTİKA

12.07.2020

Dünyada 12 847 288 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə onlayn statistikasında qeyd edilir.

Virusdan 567 734 nəfər ölüb, 7 483 246 xəstə sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 932 960), ölkə isə ABŞ-dır (3 355 646 nəfər).

Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb. RF-də koronavirusa yoluxan 720 547 nəfərin 11 205-i ölüb.

Digər qonşularımızdan İranda 255 117, Türkiyədə 211 981, Ermənistanda 31 392, Gürcüstanda 981 yoluxma müşahidə edilir.

Azərbaycanda koronavirus 23 521 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 298 nəfəri həyatını itirib, 14 607 xəstə sağalıb.