Deputatın toxunulmazlığına son verildi - HƏBS 
    
                          
     
                         19.06.2018
 
    
                        Ermənistanda əsgər payını oğurlayan, evində və malikanələrində çoxlu sayda silah-sursat saxlayan general, deputat Manvel Qriqoryan həbs olunub.
"Dövran Media" xəbər verir ki, bu gün parlamentin iclasında deputat M.Qriqoryanın toxunulmazlıq hüququnun ləğv olunması barədə qərar verilib. 81 deputat qərarın lehinə, 3-ü isə əleyhinə səs verib.