09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın reytinqi geriləyir - ARAŞDIRMA

19.06.2018

"Tayms” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasında ilk dəfə reytinqlərinin aşağı düşdüyünü yazıb.
"Dövran Media" xəbər verir ki, qəzetdə 24 iyun Türkiyə prezident seçkiləri ilə bağlı yayımlanan məqalədə Ərdoğanla bağlı xüsusi anket də təqdim edilib. Anketdə qeyd olunub ki, əgər 2015-ci ildə Türkiyə prezidentini dəstəkləyənlər 50.1 faiz təşkil edirdisə, hazırda bu rəqəm 48.3 faizə enib.
Qəzetdə Türkiyə iqtisadiyyatının hazırkı vəziyyətinin, eləcə də türk lirəsinin son vaxtlar dollar qarşısında zəifləməsinin prezidentə olan inamın azalmasında ən önəmli faktor olduğu qeyd edilib.