25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaradağ meşələrində yenidən yanğın başladı

09.07.2020

Güney Azərbaycanın Qaradağ bölgəsinin meşələrində yanğın yenidən şiddətlənib.

Bu barədə Şərqi Azərbaycanın Böhranın İdarə Edilməsi İdarəsinin rəisi Məhəmmədbağır Hünərbər məlumat yayıb.

Onun sözlərinə görə, yanğınsöndürən helikopter Təbrizdə yanacaq dolduraraq Qaradağ meşələrini söndürməyə yola düşüb:

"Qaradağ meşələrində yanğın yenidən şiddətlənib. Xudafərinin Qaratikanlı bölgəsində yanğın əvvəlkindən daha kəskindir. Orada baş verən yanğının söndürülməsi ilə əməliyyatın dayandırılması göstərişi verilmişdi. Lakin yenidən Xudafərinin Qaratikanlı bölgəsində 3 yerdə yanğın daha kəskin formada başlayıb”.