25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı iş adamı QAÇIRILDI

09.07.2020

Luqansk vilayətində 1982-ci il təvəllüdlü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

Report xəbər verir ki, Alçevsk şəhəri ətrafında yaşadığı yerə yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu deyilir.

Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur.

Qeyd edək ki, iş adamının oğurlandığı ərazi separatçıların nəzarətindədir.