20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyəyə sanksiya çağırışı

08.07.2020

Rusiyadan S-400 sistemlərini aldığına görə Türkiyəyə qarşı sanksiyalar gecikmədən həyata keçirilməlidir.

Bu barədə ABŞ Senatının 4 üzvünün Müdafiə naziri Mark Esperə ünvanladığı məktubda bildirilib. Məktubda vurğulanıb ki, Türkiyənin F-35 proqramından çıxarılma prosesi intizamla aparılmadır:

"Türkiyəyə göstərilən güzəştlərə görə bu ölkəyə qarşı əlimiz zəiflədi. "Lokhid Martin” şirkətinin bəyanatından da bəlli olur ki, Türkiyə F-35 proqramından 2022-ci ildən tez çıxa bilməyəcək. Konqres Türkiyənin F-35 proqramından çıxarılmasının ABŞ Müdafiə Nazirliyi üçün əlavə xərclərə yol açacağını hər zaman düşünüb. Ancaq proqramın bütövlüyünü qorumaq və ABŞ-ın NATO qarşısında diplomatik öhdəliklərini təsdiqləmək üçün belə bir maliyyə kəsintisi qəbulediləndir. Pentaqonun bu mövzuda öz təqvimini və ya Konqresin niyyətini təqib etmədiyi aydındır. Sizi (Mark Esper) mövcud yanaşmaları nəzərdən keçirməyə və Türkiyəni qanunlar çərçivəsində istehsal xəttindən sürətli şəkildə çıxarılması ilə bağlı tədbir görməyə çağırırıq”.