25 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantin rejimi 60 günədək uzadılır? - RƏSMİ

08.07.2020

Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq.

Bunu Bakı.vs-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi:

"Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik. Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir".

Nabil Seyidovun fikrincə, bütün tədqiqatlar göstərir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun:

"Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq. Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".