25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İş adamının oğlu həbs edildi

06.07.2020

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

Dövran Media Report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.