26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bağlanan banklardakı əmanətlər niyə qaytarılmır?

06.07.2020

Mərkəzi Bankın aprel-may aylarında lisenziyalarını ləğv etdiyi Amrah Bank, AGBank, Atabank və NBC Bank əmanətçiləri əmanətlərinin qaytarılmamasından narazıdır.

Bununla bağlı redaksiyasına şikayət məktubu ünvanlayan əmanətçilər bildirirlər ki, Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fonduna etiraz etsələr də, problemin həlli istiqamətində bir addım atılmayıb və proses uzadılır.

Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev saytımızın sorğusuna cavabında deyib ki, əmanətlərin ödənməsi barədə məlumatlar mütəmadi olaraq qurumun rəsmi saytından paylaşılır:

"Qanunvericiliklə kompensasiyaların ödənilməsi Fondun ilk bildirişindən sonra bir il ərzində həyata keçirilir. Bu müddət 2021-ci ilin may ayında bitir”.

Bağlanan bankların bloklanmış əmanətləri barədə danışan qurum rəsmisi onu da deyib ki, Fondun icraçı direktoru Tural Piriyev bu məsələnin vətəndaşların xeyrinə həll edilməsi haqda rəsmi açıqlama verib.