18 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyə ilə sərhədi açın, yoxsa aclıq olacaq - Uqulava

04.07.2020

Gürcüstan hakimiyyəti Türkiyə ilə sərhədləri açmalı və insanlara işləməyə imkan yaratmalıdır.

Bunu Avropa Gürcüstanı Partiyasının sədri Gigi Uqulava deyib. Onun sözlərinə görə, Gürcüstanın qərbindəki əhali Türkiyəyə mövsümi işlərə gedir və ailələrini saxlayırlar:

"Gürcüstanın qərbindən olan şəxsin Türkiyədən qazandıqları onların yeganə gəlir mənbələridir. Üç ay ərzində bir vətəndaşımız təxminən 8000-10000 lari qazanır ki, bununla da bütün il ərzində ailəsini təmin edir. Biz epidemioloji situasiyanı yaxşı başa düşürük və dünyada nə baş verdiyini görürük. Qərbi Gürcüstanda aclıq başlamamış Türkiyə ilə sərhədləri açın”.