20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyədə dəhşətli partlayış: 4 ölü, 108 yaralı... - VİDEO

04.07.2020

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış olub.
Partlayış güclü olduğundan səsi 40 kilometr uzaqlıqdan eşidilib. Hadisənin başvermə səbəbləri bəlli deyil.
Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri Sakaryada partlayış baş verən bölgəyə göndərir.
Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq Sakaryaya yola düşüb.
Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib:
"Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.
***
Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.
Bu barədə Xəndək bələdiyyə sədri Turqut Babaoğlu məlumat verib.

***
Partlayışlar nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 108-ə çatıb.