18 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Makqreqor Həbibə başsağlığı verdi

04.07.2020

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor əzəli rəqibi Həbib Nurməhəmmədova başsağlığı verib.
"Atanın, məşqçinin və idmanın sadiq tərəfdarının itkisi. Başsağlığı verirəm. Nur içində yat, Abdulmanap Nurməhəmmədov”, - deyə idmançı "Twitter” hesabında yazıb.
Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov ötən gün Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.