25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin köməkçisi: “Sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər”

03.07.2020

"Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, bu gün bu göstərici 170 min nəfərdir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, ekspress marşrutlar təşkil olunacaq: "Şəhərə lüzumsuz gələnlərin qarşısı alınacağı təqdirdə, çətinlik olmayacağını düşünürük. Ehtiyac olsa, sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər. Avtobuslarda sıxlıq varsa, insanların digər avtobusu gözləmələri yaxşı olardı”.