İsrail ancaq bu dildən anlayır - İran  
    
                          
     
                         03.07.2020
 
    
                        İsrailin sionist rejimi zamanla göstərdi ki, o, yalnız güc dili ilə anlayır.
Bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışığı zamanı deyib.
O, İsrail hakimiyyəti ilə qarşılıqlı fəaliyyətdə kompromisin heç zaman yaxşı çalışmadığını bildirib.
Kalibaf Fələstinin İsrailə müqavimətini yüksək qiymətləndirdiyini söyləyib.