Türkiyədən Fransaya jest - Çavuşoğlundan AÇIQLAMA 
    
                          
     
                         02.07.2020
 
    
                        					Almaniyanın Şərqi Aralıq dənizi, Egey və Kipr mövzularında göstərdiyi təşəbbüsü müsbət qarşıladıq.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniya səfərində keçirdiyi brifində deyib. O bildirib ki, Türkiyə problemlərin dialoq yolu ilə həll olunmasını istəyir:
"Berlində Haftarın həqiqi üzünü gördük. Liviya ilə bağlı Fransa daxil olmaqla, digər ölkələrlə də çalışmağa hazırıq. Liviya ilə bağlı mövqeyimiz bəllidir. Biz qanuni hökumətlə iş görürük. BMT qərarında bildirilir ki, Sərrac hökuməti ilə çalışın, digərlərilə yox. Türkiyə olaraq Liviyada hərbi məsləhətlər veririk. Bəziləri üçün Haftara gedən silahlar yox, Türkiyənin Liviya hökumətilə əlaqəsi problem olub”.