02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəhram AYILDI

02.07.2020

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan və Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə ayılıb.

Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

O, B. Bağırzadənin səhhətində qismən bərpa olunma baş verdiyini deyib.

Rəis müavini bununla belə, əməkdar artistin vəziyyətinin hələ də ağır olduğunu qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov dünən həkimlərin B. Bağırzadəni EKMO cihazından ayırdıqlarını bildirmişdi.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.