26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Missisipi ştatı bayraqsız qaldı

01.07.2020

ABŞ-ın Missisipi ştatının qubernatoru Teyt Rivz bayrağın dəyişdirilməsi barədə qanun imzalayıb.

Bu barədə "CBS News” telekanalı məlumat yayıb.

Buna səbəb 1894-cü ildən bayraqda konfederativ rəmzlərin təsvir edilməsidir.

"Abidələrlə bayraqlar arasında fərq var. Abidələr bizə keçmişimizi tanıtdırır. Bayraq isə bu günümüzün və gələcəyimizin simvoludur. Məhz bu səbəbə görə bizim yeni simvola ehtiyacımız var”, - deyə T.Rivz bildirib.

Missisipi ştatının yeni bayrağında hansı təsvirlərin olacağı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polislər tərəfindən öldürülməsi kütləvi iğtişaşlara səbəb olub. Həmçinin, keçmişdə qaradərili vətəndaşları istismar edən, onları qul əməyinə cəlb edən bir çox tanınmış siyasi və ictimai xadimlərin abidələri dağıdılıb.