26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Pandemiya Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir"

30.06.2020

Dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirsiz ötüşməyib.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb.
Nazir qeyd edib ki, hazırda dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimuma endirmək üçün tədbirlər həyata keçirir. Həyata keçirilən proqramlar vasitəsilə dövlət biznesə yaranmış şəraitdən daha az itkilərlə çıxmağa kömək etməyə çalışır.