09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriyalılar türkləri güllələdi: 3 ölü, 5 yaralı var

18.06.2018

Türkiyənin Qaziantep şəhərində türklərlə suriyalılar arasında kütləvi dava baş verib.
"Dövran Media" xəbər verir ki, davaya səbəb yüksək səs tonu ilə danışan Suriya vətəndaşına türklərin xəbərdarlıq etməsi olub. Xəbərdarlıqdan qəzəblənən Suriya vətəndaşı yaxın dostu ilə birlikdə türkiyəli ata və oğula ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində hər iki türk ölüb.
Suriya vətəndaşlarından biri hadisə yerinə gələn polislərlə atışmada ölüb, digəri isə qaçıb. Davaya qarışan 5 nəfərin yaralandığı üçün xəstənaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, baş verən davadan sonra Qaziantepdə suriyalılarla türklər arasında gərginliyin artdığı bildirilib. Hadisə ilə bağlı yazılı açıqlama yayan Qaziantep valiliyi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə polislərin gücləndirilmiş iş rejimində çalışdığını bəyan edib.