07 07 2020-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
07/07/2020
06/07/2020
04/07/2020
03/07/2020

"Barselona"nın baş məşqçisi "Betis"ə qayıdır

30.06.2020

"Barselona"nın baş məşqçisi Kike Setyen Kataloniya klubundan ayrıldıqdan sonra işsiz qalmayacaq.

 "Betis" klubu sabiq çalışdırıcının xidmətində maraqlıdır.
"Barselona" mövsümü titulsuz başa vursa, rəhbərlik 61 yaşlı mütəxəssisi istefaya göndərəcək. Əgər bu baş verərsə, "Betis" yenidən Setyenə həvalə ediləcək. Ötən həftə Rubini postundan uzaqlaşdıran əndəlüs klubu müvəqqəti olaraq mövsümün sonuna qədər Aleksis Truxiloya tapşırılıb. "Betis"in baş məşqçi postuna digər namizədlər Manuel Pelleqrini, Marselino Qarsiya Toral və Xavi Qarsiyadır.
Qeyd edək ki, Kike Setyen "Betis"də keçirdiyi iki mövsümün ardından ötən ilin yayında komandadan ayrılıb və yanvarda "Barselona"nın baş məşqçisi təyin olunub.