29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin dünyanı yenidən bölməyi təklif edir - Qreçkin

29.06.2020

Putin Qərbə dünyanı yenidən bölməyi təklif edir.

Bu sözləri rusiyalı yazar İqor Qreçkin deyib.

"Putin 80 il əvvələ getməyi və dünya xəritəsini təsir sferalarına görə çəkməyi təklif edir. Bu mümkün deyil. Ona görə ki, bu dövr ərzində dünya ciddi şəkildə dəyişib. Mərkəzi və Şərqi Avropa ölkələri öz suverenliklərini qaytarıb, NATO ilə Avropa Birliyinin tamhüquqlu üzvü olublar. Onların kürəyi ardından nə Fransa, nə ABŞ, nə də Britaniya Putinlə razılığa gedəcək. Almaniya və Yaponiya olmadan heç bir qlobal razılaşmanın mənası olmayacaq.

Rusiyanın özü də dəyişib. Ümumi bərabərlik ideyasına inanan fanatik kommunistlər yerinə qlobal iqtisadi məkana daha çox inteqrasiya edən elita yaranıb. Qərbdə bunu başa düşürlər, ona görə də nüvə silahı ilə təhdid Qərb elitasında Putin üçün lazımlı təəssürat yaratmayacaq”, – deyə yazıb.