Nobelçilər korona ilə bağlı çağırış etdi  
    
                          
     
                         29.06.2020
 
    
                        100-dən çox dünya lideri, o cümlədən 18 Nobel mükafatçısı beynəlxalq ictimaiyyəti koronavirusa qarşı yaradılacaq peyvəndi pulsuz etməyə çağırıb.
Bu barədə məlumatı Nobel üzrə sülh mükafatçısı Məhəmməd Yunus paylaşıb.
"Biz hökumətlərə, fondlara, xeyriyyə təşkilatlarına koronavirusa qarşı peyvəndi istehsal edib, bütün dünyaya pulsuz yaymağa çağırış edirik”, – deyə bəyanatda bildirilib.