05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur şirkətin direktoru özünü öldürdü

27.06.2020

Moskvada "Pioner” tikinti şirkətinin direktoru Andrey Qrudin öz ofisində intihar edib.

Hüquq-mühafizə orqanları Qrudinin ölümündən öncə yazdığı məktubu tapıb.

"Xahiş edirəm, məni bağışlayın, heç kəs günahkar deyil”, - məktubda bildirilib.

Onun niyə intihar etdiyi məlum deyil.

Qeyd edilir ki, 1969-cu il təvəllüdlü Andrey Qrudinin iki ali təhsili var. 2001-ci ilə qədər Rusiyanın ən böyük tikinti materialları şirkətlərindən birinə rəhbərlik edib.

2001-ci ildə Leonid Maksimovla birgə "Pioner”i yaradıb. "Pioner” Moskvada və Sankt-Peterburqda yaşayış binalarının tikintisi ilə məşğul olur.

Şirkətin aktivlərinin dəyəri 60,6 milyard rubldur. Ötən il dövriyyəsi 40 milyard, təmiz gəliri isə 7,6 milyard rubl olub.