06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Boltona “manyak” dedi

26.06.2020

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonu "fəaliyyəti yalnız insanları bombalamaqdan ibarət olan manyak” adlandırıb.

"Fox News” telekanalına müsahibə verən prezident bildirib ki, C.Bolton mütəmadi olaraq Rusiya və Çinlə döyüşməyi təklif edib.

D.Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirinin işinin öhdəsindən gələ bilmədiyini də vurğulayıb.

Fikrinin yekununda Ağ Ev başçısı etiraf edib ki, C.Boltonun güc dilində danışması onlara danışıqlar masasında müəyyən üstünlüklər qazandırıb.