06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pley-off matçlarının vaxtı dəyişdirildi

26.06.2020

2022-ci ilin 21 noyabr – 18 dekabr tarixlərində Qətərdə keçiriləcək dünya çempionatının qitələrarası seçmə mərhələsinin pley-off matçlarının vaxtı dəyişdirilib.

FIFA-nın Konfederasiyalarla İş Qrupu kişilər arasında futbola aid təqvimdə beş dəyişiklik edilməsini təklif edib və bunlar qəbul olunub.

Belə ki, dünya çempionatının qitələrarası seçmə mərhələsinin pley-off oyunları 2022-ci ilin martından iyuna keçirilib.

Asiya (AFC), Afrika (CAF), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) və Okeaniya (OFC) assosiasiyaları üçün bu ilin oyun pəncərəsinin vaxtı dəyişdirilib. Vəziyyətin monitorinqini davam etdirmək şərtilə Cənubi Amerika (CONMEBOL) və Avropada (UEFA) planlaşdırıldığı kimi, oyun pəncərəsinin 2020-ci ilin sentyabr ayına qədər davam etməsi qərara alınıb.

UEFA-da bu ilin oktyabr və noyabr ayları üçün yığmaların oyun pəncərələrinin iki matç əvəzinə üç matç keçirilməsini asanlaşdırmaq üçün bir gün müddətinə uzadılmasına, AFC, CAF, CONCACAF və OFC-də 2021-ci ilin iyunundakı pəncərənin iki oyun əvəzinə dörd oyun keçirilməsini asanlaşdırmaq üçün yeddi gün müddətinə uzadılmasına qərar verilib.