05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən yüksək artım Azərbaycandadır - Harmancı

25.06.2020

Virusun daha çox yayılmasını Avropada müşahidə etdik, İtaliya, İspaniya xəstəliyin mərkəzi oldu.

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Lakin indi Avropada azalma müşahidə olunur. Ətrafımızdakı qonşu ölkələrə baxsaq, əksəriyyətində sabitləşmə var. Hazırda ən yüksək artım Azərbaycanda müşahidə olunur. Hansı ölkələrdə güclü tədbirlər görüldüsə, onlarda yoluxmalarda azalma oldu", - o bildirib.

H.Harmancı qeyd edib ki, ÜST-ün müşahidələrinə görə, əgər ölkələrdə əhali tərəfindən görülən tədbirlərə əmək edilməsə, karantin rejiminin sərtləşdirilməsi məsləhət görülür:

"Hökümət əlindın gələni edir. Əgər ölkə daxilində xəstəliyə yoluxmada ciddi artım müşahidə olunarsa, sərt tədbirlərin alınmasında sərt qərarlar verilə bilər".