Vətəndaşımız öldürüldü - Ukraynada  
    
                          
     
                         25.06.2020
 
    
                        					Ukraynada Goranboy sakini qətlə yetirilib.
Hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir.
Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub.