Azərbaycanın beynəlxalq dərəcəli hakimi öldü  
    
                          
     
                         25.06.2020
 
    
                        Azərbaycan boksuna ağır itki üz verib.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) hakimlik üzrə üç ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib.
O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin, bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub.
Mehman Mürsəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.