09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyada güclü zəlzələ olub

18.06.2018

Bu gün səhər saatlarında Yaponiyanın Osaka prefekturasının şimalında 6,1 bal gücündə zəlzələ olub.
Yaponiyanın Meteorologiya Agentliyinin 7 ballıq cədvəlinə əsasən zəlzələyə 6 bal intensivlik verilib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar Hyoqo, Kioto, Şiqa və Nara prefekturalarında hiss olunub.
Yerli vaxtla saat 11:15 dəqiqədə yayılan məlumata görə, zəlzələ nəticəsində 3 nəfər həlak olub, 10-dan çox sakin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Qonşu Fukui prefekturasının rəsmi nümayəndələrinin bildirdiyinə görə, ərazidə yerləşən 15 atom reaktorunda ştatdankənar vəziyyət qeydə alınmayıb.
Zəlzələ nəticəsində "Şinkansen” sürət qatarlarının hərəkətində fasilə yaranıb. Yeraltı təkanlar yerli dəmir yolu xətlərində qatarların hərəkətinə də maneə yaradıb.
Regiondakı üç aeroportun işi dayansa da, sonradan bərpa olunub.