Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu 
    
                          
     
                         25.06.2020
 
    
                        Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.
Bu barəd S.Məmmədovun özü məlumat verib:
"İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı.
Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.
60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.
Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.