05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkədə koronaya qarşı səhiyyə qurumları birləşir?

24.06.2020

103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq.
 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzərTac-a bildirib ki, COVİD-19-la mübarizə zamanı yaranan problemlərin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah Səhiyyə Nazirliyinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) poliklinikalarına metodiki tövsiyələr və təşkilati məsələlərdə kömək etməyi tapşırıb. "Yəni, bir səhiyyə qurumuna digərinə yardımçı olmaq tapşırılıb. Bu gündən sonra Azərbaycanda fəaliyyət göstərən səhiyyə qurumları COVİD-19-a qarşı birgə mübarizə aparacaq və onun yayılmasının qarşısını almağa çalışacaqlar. Bunun poliklinikaların bir qurumdan alınıb digərinə verilməsi kimi təqdim olunması düzgün deyil. Çünki həm İTSDA, həm TƏBİB, həm də Səhiyyə Nazirliyi dövlət qurumlarıdır. Poliklinikalar da dövlətindir”, - deyə o qeyd edib.