05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

33 nəfər Bakıdan Qazaxıstana yola salındı

24.06.2020

Koronavirus (COVİD-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı, eləcə də bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Məlumata əsasən, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVİD-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

Xatırladaq ki, bu il mayın 13-ndən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.