09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rayonlarda güclü külək və leysan ciddi fəsadlar törədib

18.06.2018

Dünən axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.
Güclü külək və yağış Çəmənli kənd sakininin 60 kvadratmetrlik evinin, Qalınçaq kənd sakininə məxsus mal tövləsinin dam örtüyünü dağıdıb. Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damı uçub.
Habelə rayonun başqa bir Cülyan kənd sakininə məxsus avtomobilin üzərinə ağac aşıb.
Təbii fəlakət Qoydan kəndi ərazisindəki torpaq sürüşməsini aktivləşdirib. Tircan və Maçaxı kənd yolunu sel suları dağıdıb. 66 kəndlə elektrik verilişi kəsilib. Su xəttinə də ciddi ziyan dəyib, 20 kəndə su verilişi dayanıb.
Rayonun taxıl sahələrinə də ciddi ziyan dəyib.
Güclü külək və leysan yağışları Kürdəmir rayonunda da bir sıra ərazilərdə, o cümlədən Böyük Kəngərli, Qarasaqqal, Cəyli və Şabəyli kəndlərində ciddi fəsadlar törədib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ən çox zərər Böyük Kəngərli kəndinə dəyib. Belə ki, ilkin məlumata görə, 30-dan çox fərdi yaşayış evinin və digər tikililərin dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb, hasarlar uçub.
Əksər kəndlərdə elektrik enerjisinin verilişi kəsilib. Hazırda ayrı-ayrı yaşayış məntəqələri üzrə dəyən zərər dəqiqləşdirilir.
Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından isə bildiriblər ki, ən çox zərər Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə dəyib. İlkin məlumata görə, 70-dən çox evin dam örtüyü dağılıb. Güclü külək meyvə ağaclarına da zərər verib. Xeyli ağac kökündən qopub.
Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib.
İyunun 18-i səhər saatlarından hər üç rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.