05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu “Qarabağ”lıların 30 illiyidir

24.06.2020

1990-cı ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması üçün "Qarabağ” adlı qəzet təsis edib.

Qəzet Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin orqanı kimi 1990-cı il iyul ayının 1-də fəaliyyətə başlayıb.

"Qarabağ” ilk gündən Dağlıq Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi və görkəmli şəxsiyyətləri haqqında oxuculara ətraflı məlumat verməyə başlayıb. Məlum olduğu kimi, həmin vaxt bölgədə erməni separatizmi baş qaldıraraq azərbaycanlılara qarşı torpaq iddiası ilə bölgədə müharibə şəraiti yaradıb.

Qəzetin əməkdaşları münaqişənin alovlandığı bütün nöqtələrdən real vəziyyət haqqında respublika oxucularına və dünya ictimaiyyətinə Azərbaycan və rus dillərində dəqiq və operativ məlumatlar çatdırıb.
Məhz "Qarabağ” qəzeti 27 fevral 1992-ci il tarixli sayında - faciənin səhəri günü Xocalıda baş verən hadisələri "Xocalıda soyqrımı törədildi” başlıqlı xəbərlə 40 min tirajla Azərbaycana yayıb.